İdman 17:15 14.03.2014

Çempionatımız Belarus mətbuatını dilə gətirdi

Topaz Premyer Liqasının səviyyəsinin ildən-ilə artmasına digər ölkələr də biganə deyil. 

Fanat.az xəbər verir ki, MDB ölkələrinin çempionatları ilə bağlı silsilə yazılar hazırlayan Belarus mətbuatı da Azərbaycan birinciliyindəki irəliləyişi qabardıb.

Həmkarlarımız Premyer Liqamızın postsovet məkanında 3-cü yerə iddialı olduğunu düşünür: “Azərbaycan və Qazaxıstan klublarının maliyyə durumuna, avrokuboklardakı son uğurlarına əsasən bu ölkələrdə futbolun böyük templə inkişaf etdiyini demək olar. Hələlik Belarus və Gürcüstan UEFA reytinqində onları q qabaqlayır. Lakin keçmiş SSRİ respublikaları arasında Rusiya ilə Ukraynadan sonra 3-cü olmaq uğrunda mübarizənin tezliklə Azərbaycanla Qazaxıstanın arasında gedəcəyi gözlənilir”.

Qeyd edək ki, Azərbaycan çempionatı İFFHS-in siyahısında dünyanın 43-cü,UEFA reytinqində Avropanın 32-cisidi.

Qaynar.info