İdman 00:58 18.09.2019

Çempionlar Liqası başladı: "Barsa" xal itirdi, "Liverpul" uduzdu (NƏTİCƏLƏR)

Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

Qaynarinfo xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 qarşılaşma keçirilib. Turnirin son qalibi "Liverpul" "Napoli" ilə üz-üzə gəlib. İki qolun vurulduğu görüşdə meydan sahibləri qalib gəlib - 2:. Qrupun digər matçında "Zalsburq" "Genk"i 6:2 hesabı ilə yenib.

Günün digər maraqlı qarşılaşması F qrupunda baş tutub. "Barselona" "Borussiya"nın (Dortmund) qonağı olub. Görüşdə hesa açılmayıb. "İnter" isə Çexiyanın paytaxtı Praqada "Slaviya" ilə üz-üzə gəlib. Milan klubu əlavə vaxtda bəarbərlik qolunu vuraraq bir xal qazanıb - 1:1.

G qrupunda "Lion" və "Zenit" xalları yarı bölüb - 1:1. Qrupun digər oyununda "Leyptsiq" səfərdə "Benfika"ya 2:1 hesabı ilə qalib gəlib. 

Nəhayət, H qrupunda Avropa Liqasının qalibi "Çelsi" səfərdə "Valensiya"ya ik cavabsız qolla yenilib. "Ayaks" isə evdə "Lill"i darmadğın edib - 3:0.
 
Çempionlar Liqası
2019/20 mövsümü
I tur, 17 sentyabr

E qrupu
Napoli (İtaliya) - Liverpul (İngiltərə) 2:0
Qollar: Dries Mertens, 82. Fernando Llorente, 90+2. 

Zalsburq (Avstriya) - Genk (Belçika) 6:2
Qollar: Erlinq Braut Haland, 2; 34; 45. Hee-Çan Huanq, 36. Dominik Soboslai, 45+2. Andreas Ulmer, 66 - Con Lusumi, 40. Mbvana Samata, 52

F qrupu
İnter (İtaliya) - Slaviya (Çexiya) 1:1
Qollar: Nikolo Barella, 90+2 - Peter Olayinka, 6.

Borussiya (Dortmund, Almaniya) - Barselona (İspaniya) 0:0

G qrupu
Lion (Fransa) - Zenit (Rusiya) 1:1
Qollar: Mempis Depay, 50 - Sərdar Azmun, 41.

Benfika (Portuqaliya) - Leyptsiq (Almaniya) 1:2
Qollar: Haris Seferoviç, 84 - Timo Verner, 69; 79.

H qrupu
Ayaks (Hollandiya) - Lill (Fransa) 3:0
Qollar: Kvinsi Promes, 18. Edson Alvares, 50. Nikolas Taqliafiko, 62.

Çelsi (İngiltərə) - Valensiya (İspaniya) 0:1
Qol: Rodriqo, 75.