İdman 10:17 02.04.2014

Çempionlar Liqası: Bu qədər də hörmət olar? - VİDEO - FOTO

UEFA Çempionlar Liqasında 1/4 final həyəcanı start götürüb. Azerisport.az xəbər verir ki, adını son 8 klub arasına yazdırmış iştirakçılardan 4-ü ötən gecə qüvvəsini sınayıb.

Qarşılaşmalardan birində La Liqanın liderləri - "Atletiko" və "Barselona", digərində Çempionlar Liqasının son qalibi "Bavariya" və İngiltərə nəhəngi "Mançester Yunayted" qarşılaşdı.
 
La Liqadan tanış rəqiblər olan "Barselona" və "Atletiko" "Kamp Nou"da üz-üzə gəldi. Cari mövsüm 3 dəfə (2 dəfə İspaniya Superkuboku, 1 dəfə La Liqa) qarşılaşan komandalar hər 3 matçda da meydanı bərabərliklə tərk etmişdi. Elə bu oyunda da tərəflər qalibi müəyyən edə bilmədilər. Odur ki, yarımfinala çıxacaq komandanın adına Madriddəki cavab qarşılaşmasında aydınlıq gələcək.

Gecənin digər matçı isə İngiltərədə keçirildi. Burada "Mançester Yunayted" turnirin mütləq favoritlərindən sayılan və öncəki mərhələdə digər ingilis nəhəngi “Arsenal”ı mübarizədən kənarlaşdıran "Bavariya"nı qəbul etdi. Günün digər matçında olduğu kimi, bu oyunda da qalib müəyyənləşmədi. Bu üzdən hər şey Münhendə öz cavabını tapacaq.
 
Çempionlar Liqası
1/4 final
1 aprel

 
Barselona (İspaniya) - Atletiko (İspaniya) - 1:1
Qollar: Neymar, 71 - Dieqo, 56.

Mançester Yunayted (İngiltərə) - Bavariya (Almaniya) - 1:1
Qollar: Vidiç, 58 - Şvaynştayger, 67.

Qaynar.info