İdman 02:08 29.11.2018

Çempionlar Liqası: daha 4 komanda 1/8 finalda

Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına yekun vurulub.

Qaynarinfo xəbər verir ki, ikinci oyun günündə 8 qarşılaşma keçirilib.

A qrupunda "Atletiko" "Monako"nu qəbul edib. 2:0 hesablı qələbə qazanan ispanlar 1/8 finala vəsiqə qazanıb. Qrupun digər oyununda Dortmund "Borussiya"sı "Brügge" ilə 0:0 hesablı "sülh"ə razılaşıb. Bununla da Almaniya klubu adını 1/8 finala yazdırıb. Bu qrupdan "Brügge" Avropa Liqasına vəsiqə əldə edib.

B qrupunda "Barselona” mərhələ adladığından ikinci vəsiqə üçün mübarizə gedib. "Totenhem” doğma meydanda "İnter"i 1:0 hesabı ilə yenərək ikini vəsiqənin taleyini son tura saxlayıb. Hər iki komandanın aktivində 7 xal var. PSV "Barselona"ya 0:2 hesabı ilə uduzaraq qrupda sonuncu pilləni tutub.

Günün mərkəzi qarşılaşması C qrupunda baş tutub. Üçüncü pilləni tutuan PSJ "Liverpul"a 2:1 hesabı ilə qalib gələrək ikinci yerə yüksəlib. Qrupun digər oyununda "Napoli" evdə "Srvena Zvezda"ya qalib gəlib. İtalyanlar liderliyi ələ keçirsə də, son turda məhz İngiltərə klubunun qonağı olacaq. "Srvena Zvezda” isə 1/8 final şansını itirsə də, Avropa Liqasına ümidini itirməyib.

D qrupunda Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" Rusiyada "Lokomotiv"in qonağı olub. İstanbul təmsilçisi növbəti mərhələ şansını davam etdirmək üçün mütləq qələbə qazanmalı idi. Lakin meydanı 0:2 hesablı məğlubiyyətlə tərk ediblər. Bununla da "Portu" və "Şalke 04" meydana çıxmdan 1/8 finala vəsiqə qazanıblar. Portuqaliyalılar liderlik uğrunda oyunda 3:1 hesablı qələbə qazanaraq 1-ci pilləni rəsmiləşiriblər. 

Qeyd edək ki, dünən "Bavariya" (Almaniya), "Ayaks" (Hollandiya), "Mançester Siti" (İngiltərə), "Real" (İspaniya), "Roma" (İtaliya), "Yuventus" (İtaliya) və "Mançester Yunayted" (İngiltərə) 1/8 finala çıxıb. Son turda 1/8 finala cəmi 4 vəsiqənin sahibi müəyyənləşəcək.
 
Çempionlar Liqası
Qrup mərhələsi
V tur, 28 noyabr

A qrupu
Atletiko (İspaniya) - Monako (Fransa) 2:0
Qollar: Benoit Badiaşil, 2 (avtoqol). Antoine Qrizmann, 24.

Borussiya (Dortmund, Almaniya) - Brügge (Belçika) 0:0

1

Atletiko

5

4

0

1

9:6

12

2

Borussiya D.

5

3

1

1

8:2

10

3

Brügge

5

1

2

2

6:5

5

4

Monako

5

0

1

4

2:12

1


B qrupu
Tottenhem (İngiltərə) - İnter (İtaliya) 1:0
Qollar: Kristian Eriksen, 80.

PSV (Hollandiya) - Barselona (İspaniya) 1:2
Qollar: Luuk de Yonq, 83 - Lionel Messi, 61. Cerard Pike, 70.

1

Barselona

5

4

1

0

13:4

13

2

Tottenhem

5

2

1

2

8:9

7

3

İnter

5

2

1

2

5:6

7

4

PSV

5

0

1

4

5:12

1


C qrupu
Napoli (İtaliya) - Srvena Zvezda (Serbiya) 3:1
Qollar: Marek Hamşik, 11. Dries Mertens, 33; 52 - El Fardou Ben, 57. 

PSJ (Fransa) - Liverpul (İngiltərə) 2:1
Qollar: Xuan Bernat, 13. Neymar, 37 - Ceyms Milner, 45+2.

1

Napoli

5

2

3

0

7:4

9

2

PSJ

5

2

2

1

13:8

8

3

Liverpul

5

2

0

3

8:7

6

4

Srvena Zvezda

5

1

1

3

4:13

4


D qrupu
Lokomotiv (Moskva, Rusiya) - Qalatasaray (Türkiyə) 2:0
Qollar: Qreqor Kriçovyak, 43. Vladislav İqnatyev, 54.

Portu (Portuqaliya) - Şalke 04 (Almaniya) 3:1
Qollar: Eder Militao, 52. Xesus Manuel Korona, 55. Mussa Mareqa, 90 - Nabil Bentaleb, 88-pen.

1

Portu

5

4

1

0

12:4

13

2

Şalke 04

5

2

2

1

5:4

8

3

Qalatasaray

5

1

1

3

3:5

4

4

Lokomotiv

5

1

0

4

4:11

3
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!