Video 01:59 14.02.2019

Çempionlar Liqası: "Real" və "Tottenhem" qələbə qazandı (VİDEO)

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma keçirilib.

Qaynarinfo xəbər verir ki, İngiltərə və Hollandiyada baş tutan oyunlarla həftəyə yekun vurulub.

Günün oyunları arasında "Böyük beşlik” təmsilçilərinin dueli daha çox maraq doğurub. Əfsanəvi "Uembli”də "Tottenhem” Dortmund "Borussiya”sını qəbul edib. Premyer Liqada liderlərdən 5 xal geri qalan London klubu Bundesliqanın liderini darmadağın edərək (3:0), 1/4 finala vəsiqənin taleyinə böyük ölçüdə aydınlıq gətirib. 

Bu, rəqiblərin son 4 ildə 3-cü dueli olub. 2015/16 mövsümündə almaniyalılar rəqibini Avropa Liqasında mübarizədən kənarlaşdırmışdısa, ötən mövsüm qrupda ingilislər daha çox xal qoparmışdı. 

Avropanın ən titullu klubu "Real” Hollandiyada "Ayaks”la üz-üzə gəlib. "Kral Klubu”nun Amsterdamda da çətinlik çəkməyəcəyi gözlənilsə də, qonaqlar çətin qələbə qazanıb. gözləmək olar. Hərçənd gənc ulduzlarını satmaqda davam edən "Ayaks” da sürprizə imza atmağa köklənib. Meydan sahibləri ilk yarıda hesabı açsa da, hakim VAR-a baxdıqdan sonra qolu ləğv edib. "Ayaks" ikinci yarıda hesabda geri düşüb, bərabərliyi təmin etsə də, sonda məğlubiyyətlə barışmalı olub.

Qeyd edək ki, 1/8 final mərhələsi ilk iki oyun dünən keçirilib. PSJ səfərdə "Mançester Yunayted"ə 2:0, "Roma" evdə "Portu"ya 2:1 hesabı ilə qalib gəliib. Digər 4 oyun fevralın 19-20-də keçiriləcək.
 
Çempionlar Liqası
1/8 final
İlk oyunlar

13 fevral
Tottenhem (İngiltərə) - Borussiya (Dortmund, Almaniya) 3:0
Qollar: Heunq-Min Son, 47. Jan Vertonqen, 83. Fernando Llorente, 86.
Tottenhem: Hüqo Lloris (k), Tobi Alderveyreld, Jan Vertonqen, Davinson Sançes, Heunq-Min Son (Erik Lamela, 89), Harri Uinks, Mussa Sissoko (Vivtor Vanyama, 90+1), Xuan Foit, Kristian Eriksen, Serje Aurier, Lukas Moura (Fernando Llorente, 86, 84).
Borussiya: Roman Bürki, Dan-Aksel Zaqadu (Marsel Şmelzer, 77), Abdu Diallo, Aşraf Hakimi, Tomas Delani, Jadon Sanço (Rafael Querreyro, 88), Mario Götze (k), Mahmud Dahud, Kristian Pulişiç (Yakob Larsen, 87), Aksel Vitsel, Ömer Toprak.
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya).
London. "Uembli” stadionu.

 
Ayaks (Hollandiya) - Real (İspaniya) 1:2
Qollar: Hakim Ziyeç, 75 - Kərim Benzema, 60. Marko Asensio, 87.
Ayaks: Andre Onana, Mattis de Liqt (k), Donni van de Beek, David Neres, Duşan Tadiç, Nussair Mazraui, Daley Blind, Lasse Şkone, Frenki de Yonq, Hakim Ziyeç (Kasper Dolberq, 73), Nikolas Taqliafiko.
Real: Tibu Kurtua, Dani Karvaxal, Serxio Ramos (k), Naço, Toni Kroos, Kərim Benzema (Marko Asensio, 73), Luka Modriç, Qaret Beyl (Lukas, 61), Kasemiro, Serxio Requilon, Viniçius Junior (Mariano, 81).
Baş hakim: Damir Skomina (Sloveniya).
Amsterdam. Yohan Kroyff Arena.