İdman 15:28 11.04.2014

Çempionlar Liqası və Avroliqanın püşkü atıldı

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb.

Qol.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb. Yarımfinalda oynamaq hüququ qazanan 4 komandadan ikisi İspaniyanı təmsil edir ki, püşk yenidən bu ölkənin komandalarını üz-üzə qoya bilərdi. Qalan iki klubdan biri İngiltərəni, digəri isə Almaniyanı təmsil edir.

Artıq yarımfinal cütlükləri müəyyənləşib. "Real" "Bavariya"ya, "Çelsi" isə "Atletiko"ya rəqib olub. Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları 22-23 və 29-30 aprel tarixlərində keçiriləcək.

Yarımfinal cütlükləri:

"Real" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya)

"Çelsi" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) 

Qaynar.info