İdman 15:22 17.12.2018

Çempionlar Liqasında 1/8 finalın püşk atıldı

Çempionlar Liqasında 1/8 final mərhələsinin cütlükləri müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında bu mərhələnin püşkü atılıb.

Püşkatma mərasiminə 16 klub nümayəndəsi qatılb. Əsasnaməyə görə, eyni qrupdan çıxanlar və bir ölkəni təmsil edənlər bir-birilərinə rəqib olmayıb. 

1/8 final mərhələsinin oyunları 4 həftəni əhatə edəcək. İlk görüşlər 12-13 və 19-20 fevralda, cavab qarşılaşmaları isə 5-6 və 12-13 martda keçiriləcək.
 
Çempionlar Liqası
1/8 final
 
Şalke 04 (Almaniya) - Mançester Siti (İngiltərə)
Atletiko (İspaniya) - Yuventus (İtaliya)
Mançester Yunayted (İngiltərə) - PSJ (Fransa)
Tottenhem (İngiltərə) - Borussiya (Dortmund, Almaniya)
Lion (Fransa) - Barselona (İspaniya)
Roma (İtaliya) - Portu (Portuqaliya)
Ayaks (Hollandiya) - Real (İspaniya)
Liverpul (İngiltərə) - Bavariya (Almaniya)