İdman 02:04 28.11.2018

Çempionlar Liqasında 7 komanda 1/8 finala vəsiqə qazandı

Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına start verilib.

Qaynarinfo xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib.

E qrupunda "Ayaks" Afinada AEK-in qonağı olub və 0:2 hesablı qələbə qazanıb. Bununla da Hollandiya klubu 1/8 finala vəsiqə qazanıb. Qrupun digər oyununda "Bavariya" "Benfika"nı darmadağın edib - 5:1. Beləliklə, almanlar da mərhələ adlayıb. "Benfika" isə Avropa Liqasına vəsiqə əldə edib.

F qrupunda "Mançester Siti” "Lion"un qonağı olub. Oyun 2:2 hesabı ilə yekunlaşı. Qrupun digər oyununda "Şaxtyor" "Hoffenhaym"a qalib gəlib - 3:2. Bu nəticələrdən sonra "Mançester Siti" 1/8 finala çıxıb, "Hoffenhaym" Çempionlar Liqasında mərhələ adlamaq şansını ititib. İkinci vəsiqəyə "Lion" və "Şaxtyor" iddia edir.

G qrupunun ilk oyununda Moskva ÇSKA-sı "Viktoriya"nı qəbul edib. Qonaqlar 1/8 final şanslarını itirsə də, Avropa Liqasına vəsiqəni itirməmək üçün qələbə qazanmalı idi və buna nail olublar. Bununla da ÇSKA 1/8 final şansını itirib. Nəticədə "Real" və "Roma" meydana çıxamadan mərhələ adlayıb. Bu komandaların oyununda isə ispanlar 2:0 hesablı qələbə qazanaraq vahid lider olublar.

İtaliyanın turnirdəki digər təmsilçisi "Yuventus" isə evdə "Valensiya" ilə münasibətlərə aydınlıq gətitib. Turin klubu 1:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Qrupun digər görüşündə "Mançester Yunayted" doğma azarkeşlər önündə eyni hesabla "Yanq Boyz"u yenərək 1/8 finala çıxıb. Bu qrupdan "Valensiya" Avropa Liqasına vəsiqə əldə edib, "Yanq Boyz" qrup sonuncusu olub. 
 
Çempionlar Liqası
Qrup mərhələsi
V tur, 27 noyabr

E qrupu
AEK (Yunanıstan) - Ayaks (Hollandiya) 0:2
Qollar: Duşan Tadiç, 68-pen; 72.
Qırmızı vərəqə: Marko Livaya, 67 (AEK).

Bavariya (Almaniya) - Benfika (Portuqaliya) 5:1
Qollar: Aryen Robben, 13; 30. Robert Levandovski, 36; 51. Frank Riberi, 76 - Gedson Fernandes, 46.

1

Bavariya

5

4

1

0

12:2

13

2

Ayaks

5

3

2

0

8:2

11

3

Benfika

5

1

1

3

5:11

4

4

AEK

5

0

0

5

2:12

0


F qrupu
Lion (Fransa) - Mançester Siti (İngiltərə) 2:2
Qollar: Maksvel Kornet, 55; 81 - Aymerik Laporte, 63. Serxio Aquero, 83.

Hoffenhaym (Almaniya) - Şaxtyor (Donetsk, Ukrayna) 2:3
Qollar: Andrey Kramariç, 17. Stiven Zuber, 40 - İsmaili, 14. Tayson, 15; 90+3.
Qırmızı vərəqə: Adam Szalai, 60 (Hoffenhaym).

1

Mançester S.

5

3

1

1

14:5

10

2

Lion

5

1

4

0

11:10

7

3

Şaxtyor

5

1

2

2

7:15

5

4

Hoffenhaym

5

0

3

2

10:12

3


G qrupu
ÇSKA (Moskva, Rusiya) - Viktoriya (Çexiya) 1:2
Qollar: Nikola Vlasiç, 10-pen - Roman Proçazka, 56. Lukas Heyda, 81.

Roma (İtaliya) - Real (İspaniya) 0:2
Qollar: Qaret Beyl, 47. Lukas, 59.

1

Real

5

4

0

1

12:2

12

2

Roma

5

3

0

2

10:6

9

3

Viktoriya

5

1

1

3

5:15

4

4

ÇSKA

5

1

1

3

5:9

4


H qrupu
Yuventus (İtaliya) - Valensiya (İspaniya) 1:0
Qol: Mario Mandzukiç, 59.

Mançester Yunayted (İngiltərə) - Yanq Boyz (İsveçrə) 1:0
Qol: Marouane Fellaini, 90+1.

1

Yuventus

5

4

0

1

8:2

12

2

Mançester Y.

5

3

1

1

6:2

10

3

Valensiya

5

1

2

2

4:5

5

4

Yanq Boyz

5

0

1

4

2:11

1