İdman 02:10 13.12.2018

Çempionlar Liqasında qrup mərhələsi bitdi

Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub.

Qaynarinfo xəbər verir ki, VI turun sonuncu oyun günündə 8 qarşılaşma keçirilib.
 
E qrupunda bütün vəsiqələrin sahibi bu turadək müəyyənləşmişdi. Son turda yalnız qrup birincinin adına aydınlıq gəlib. Bu "Ayaks" - "Bavariya" matçında müəyyənləşib. Oyun 3:3 hesabı ilə yekunlaşıb və almanlar 1/8 finala vəsiqə lider kimi çıxıblar - 3:2. Avropa Liqasına vəsiqə qazanmış "Benfika" isə  AEK-i minimal hesabla yenib - 1:0.

F qrupunda 1/8 finalı daha öncədən təmin edən digər komanda "Mançester Siti" evdə "Hoffenhaym"la münasibətlərə aydınlıq gətirib və 2:1 hesablı qələbə qazanıb. Qrupun digər oyununda növbəti mərhələyə iddialı iki komanda üz-üzə gəlib. "Şaxtyor"u doğma meydanda "Lion"a qalib gələ bilməyib - 1:1. Nəticədə fransızlar 1/8 finala çıxıb. Ukraynalılar isə Avropa Liqası ilə kifayətlənib.

Günün ilk oyunları G qrupunda keçirilib. Turnirin son qalibi "Real" İspaniyada Moskva ÇSKA-sını sınağa çəkib, "Roma" Çexiyada "Viktoriya"nın qonağı olub. Bu qrupdan ispanlar və italyanlar öncədən növbəti mərhələni təmin etmişdi. Digər iki komanda isə son turda Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparırdı. Ruslar səfərdə "Real"ı 3:0 hesabı ilə yenib. Çexlər isə "Roma"ya qalib gəlib - 2:1. Nəticədə "Viktoriya" Avropa Liqasına vəsiqə qazanıb.

H qrupunda bütün vəsiqələrin sahibi bəlli idi. "Yuventus" və "Mançester Yunayted" mübarizəni Çempionlar Liqasının 1/8 finalına, "Valensiya" isə Avropa Liqasına vəsiqə qazanmışdı. "Yuventus" son turda səfərdə "Yanq Boyz"a, "Mençester Yunayted" "Valensiya"ya 1:2 hesabı ilə yenilib. Nəticədə almanlar qrup birincisi olub.

Çempionlar Liqası
Qrup mərhələsi
VI tur, 12 dekabr

E qrupu
Benfika (Portuqaliya) - AEK (Yunanıstan) 1:0
Qol: Aleks Qrimaldo, 88.
Qırmızı vərəqə: Konstantinos Qalanopulos, 87 (AEK).

Ayaks (Hollandiya) - Bavariya (Almaniya) 3:3
Qollar: Duşan Tadiç, 61; 81. Nikolas Taqliafiko, 90+5 - Robert Levandovski, 13; 86-pen. Kinqsli Koman, 90.
Qırmızı vərəqələr: Maksimilian Vober, 67 - Tomas Müller, 75.
 

1

Bavariya

6

4

2

0

15:5

14

2

Ayaks

6

3

3

0

11:5

12

3

Benfika

6

2

1

3

6:11

7

4

AEK

6

0

0

6

2:13

0


F qrupu
Mançester Siti (İngiltərə) - Hoffenhaym (Almaniya) 2:1
Qollar: Leroy Sane, 45+1; 61 - Andrey Kramariç, 16-pen.

Şaxtyor (Ukrayna) - Lion (Fransa) 1:1
Qollar: Junior Moraes, 22 - Nabil Fekir, 65.
 

1

Mançester S.

6

4

1

1

16:6

13

2

Lion

6

1

5

0

12:11

8

3

Şaxtyor

6

1

3

2

8:16

6

4

Hoffenhaym

6

0

3

3

11:14

3


G qrupu
Real (İspaniya) - ÇSKA (Moskva, Rusiya) 0:3
Qollar: Fedor Çalov, 37. Georgi Şennikov, 43. Arnor Siqurdsson, 73.

Viktoriya (Çexiya) - Roma (İtaliya) 2:1
Qollar: Jan Kovarik, 62. Tomas Çori, 72 - Çingiz Ünder, 68.
Qırmızı vərəqə: Luka Pelleqrini (Roma), 90+2.
 

1

Real

6

4

0

2

12:5

12

2

Roma

6

3

0

3

11:8

9

3

Viktoriya

6

2

1

3

7:16

7

4

ÇSKA

6

2

1

3

8:9

7


H qrupu
Valensiya (İspaniya) - Mançester Yunayted (İngiltərə) 2:1
Qollar: Karlos Soler, 17. Pil Yones, 47 (avtoqol) - Markus Raşford, 87.

Yanq Boyz (İsveçrə) - Yuventus (İtaliya) 2:1
Qollar: Guillaume Hoarau, 30-pen; 68 - Paulo Dibala, 80.
 

1

Yuventus

6

4

0

2

9:4

12

2

Mançester Y.

6

3

1

2

7:4

10

3

Valensiya

6

2

2

2

6:6

8

4

Yanq Boyz

6

1

1

4

4:12

4