İdman 19:55 05.09.2017

Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

Bakı Olimpiya Stadionunun Çempionlar Liqası və Avropa Liqasında 2018-2019 mövsümünün final oyunlarına namizədliyi ilə əlaqədar xüsusi prezentasiya hazırlanıb.

"Qaynarinfo" AFFA-nın saytına istinadən bildirir ki, prezentasiya bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən təqdim olunub. Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov da iştirak ediblər.

Oyunların keçiriləcəyi stadionlarla bağlı UEFA İcraiyyə Komitəsinin qərarı bu il sentyabrın 21-də açıqlanacaq. Tam mümkündür ki, Çempionlar Liqasının olmasa da, Avropa Liqasının final oyununu keçirmək Bakıya həvalə olunsun.

Qaynarinfo.Az