Pedro Enrike "Qarabağ"dan ayrılır. "Qaynarinfo" Fanat.az-a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın sport24.gr saytı məlumat yayıb.

Sayt yazıb ki, "Qarabağ"da icarə əsasında çıxış edən braziliyalı futbolçu qış fasiləsində komandadan ayrılaraq müqavilə ilə məxsus olduğu PAOK-a dönəcək. 

Pedronun "Qarabağ"la müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub. Futbolçunun icarə müqaviləsindəki məbləğ "Qarabağ"ı qane etmir və bu barədə qarşı tərəfə də bildiriblər. Ona görə də Ağdam klubu onu qışda geri qaytarmaq niyyətindədi. Pedro özü də daha güclü çempionatda çıxış etmək istəyir. 

Qeyd edək ki, Pedro 2017-ci ilin yanvarında Fransanın "Renn" klubundan PAOK-a 1,6 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 3 milyon avro qiymət qoyub. 27 yaşlı braziliyalı futbolçu bu dəyərlə "Qarabağ"ın ən bahalı futbolçusudu.

"Qarabağ"a sentyabrın 1-də qoşulan Pedro Premyer Liqa və Çempionlar Liqasındakı 10 oyunda 2 qol vurub. 

Qaynarinfo.Az