Dünya 16:23 12.12.2017

Ən çox silah satan ölkə

Dünyanın ən böyük 100 silah şirkətinin satışı 2010-2015-ci illərdə azalmışdı, lakin 2016-da növbəti dəfə artış müşahidə edilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnstitutu tərəfindən açıqlanan məlumatda silah satışının 2015-ci il ilə müqayisədə 1,9% artaraq 374,8 milyard dollara yüksəldiyi bildirilir. 2002-ci ildən bu günə qədər isə satış miqdarı 38% artıb. 

Ən böyük satışı ABŞ həyata keçirib. Bu ölkə 217,2 milyard dollarla satışın ümumi həcminin 57,9%-ni təşkil edir. ABŞ-ın satışı 2016-cı ildə 4% artıb. 

Qərbi Avropa ölkələrinin silah satışındakı fəaliyyətində 0,2 % artış müşahidə olunub və miqdar 91,6 milyard dollara çatıb. Britaniya, Almaniyaya aid firmaların bu istiqamətdəki fəaliyyətində irəliləyiş olsa da, Fransa, İtaliya şirkətlərinin satış həcmi azalıb. Almaniya 6,6% artış əldə edib.

İngiltərənin Avropa İttifaqını tərk etmək barədə qərarı prosesə təsir göstərməyib. Britaniyanın silah şirkətlərinin satış həcmi 2016-cı ildə 2% artıb. 

Dünyanın ən böyük silah istehsalçısı olan "Lockheed Martin" bazarda 10,7 % irəliləyiş əldə edə bilib.

Gülşən