Dünya 17:38 13.10.2018

Ən çox siqaret çəkilən ölkələr (SİYAHI)

Dünyada rər il təxminən 6 trilyon siqaret istifadə edilir.

Qaynarinfo EkoNews-a istinadən xəbər verir ki, dünyada siqaret istifadəçilərinin sayı 1.1 milyardı ötüb.

Dünyada ən çox siqaret  Belarusda istifadə olunur. Belə ki, ölkədə ortalama olaraq bir insan il ərzində 2911 siqarət istifadə edir.

Bu siyahıda ikinci yerdə Makedonya qərarlaşıb. Makedonyada ortalama olaraq bir insan il ərzində 2785 siqarət istifadə edir.

Ən çox siqaret istiafədəçisinin olduğu ölkələrin siyahısında Belçika, Çexiya, Rusiya, Suriya,Çin, Türkiyə də var.

Ən az siqaret istifadəçisi olan ölkə isə  Qvineya-Bisaudur. Ortalama olaraq bir insan il ərzində 25 siqaret istifadə edir.

Bundan başqa ən az siqaret istiafdəçisinin olduğu ölkələrin siyahısında Qana, Hindistan, Peru da yer alıb.

Siqaret istifadəçilərinin 25 milyonunun ortalama yaşı 13-15-dir.

55 ölkədə kişilərin ölüm səbəblərinin 20 %-ni siqaret təşkil edir.

Qeyd edək ki, dünyada istifadə olunan hər 5 siqaretdən 1-i Çinin payına düşür.