Ölkə 10:26 24.08.2013

Ər arvadını qəbiristanlıqda güllələdi

 Bakıda ər arvadını qəbiristanlıqda qətlə yetirib.
Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Babək prospektində yerləşən qəbiristanlıqda qeydə alınıb.
1980-ci il təvəllüdlü Rövşən Sabir oğlu Mehdiyev həyat yoldaşı, 1984-cü il təvəllüdlü Cəmilə Fərrux qızı Mehdiyevanı tüfəngdən açdığı atəş nəticəsində qətlə yetirib.
Hadisədən sonra R. Mehdiyev polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info