Dünya 15:57 23.04.2013

Ərdoğan 8 yaşlı qızın şikayətinə cavab verdi

Baş nazir Rəcəb Tayyib Ərdoğan Lal Ege adlı 8 yaşlı şagirdin ailəsindən xəbərsiz yazıb sosial şəbəkədə paylaşdığı şikayət məktubuna cavab verib.

Qaynar.info-nun TRT-yə istinadən verdiyi xəbərə görə, basketbol meydançasına girmələrinə icazə verməyən direktordan şikayət edən və bir anda bütün ölkədə məşhurlaşan istedadlı qızın məktubuyla bağlı sualın cavabında Ərdoğan bunları deyib:"Biz məktəblərin bağçalarında çox məqsədli idman mərkəzləri açmağa çalışarkən məktəb direktorunun belə səhv etməsi bağışlanılmazdır. Bu məsələylə bağlı nə etmək lazımdırsa, anında etməliyik".

Qaynar.info