Siyasət 12:00 12.02.2019

Ərdoğan Azərbaycana yeni hərbi attaşe təyin etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yeni hərbi attaşe təyin edib.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu vəzifəyə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının İnspeksiya və qiymətləndirmə bölməsinin rəis müavini, general İsmayıl Hakkı Köseali layiq görülüb. 

Qeyd edək ki, Türkiyə Ordusuna komandan-general, admiral təyinatları da həyata keçirilib.

Gülşən