Dünya 11:34 27.07.2013

Ərdoğan dünyanın ən məşhur sənətçilərini əxlaqsız adlandırdı

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl ona Gəzi hadisələrinə görə, tənqidi məktub ünvanlayan dünyanın ən məşhur sənətçilərinə cavab verib.

Qaynar.info-nun məlumatına görə, Ərdoğan etdiyi çıxışında "The Times" qəzetində ona ünvanlanmış məktubda imzası olanları təhqir etməkdən də çəkinməyib.

"Bunlar düşüncələrini, fikirlərini kirayə vermiş tiplərdir. Bunlar demokratiyaya inanmış olsa 50 faiz səslə hakimiyyətə gəlmiş bir baş nazirə diktator demək əxlaqsızlığını göstərməzdilər. Sən məni hardan tanıyırsan, mənimlə nə zaman danışdın? "Times" öz səhifəsini kirayə verir, onların əxlaqı zəifdir. Dostlarım "Times"lə bağlı hüquqi addımları atacaqlar" deyə Ərdoğan bildirib.

Qaynar.info