Dünya 23:03 28.08.2013

Ərdoğan Əsədi hədələdi


“Türkiyə Bəşər Əsəd rejiminin dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə etməsinə qarşı seyirçi qalmayacaq”

“Türkiyə Bəşər Əsəd rejiminin dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə etməsinə qarşı seyirçi qalmayacaq”. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan İndoneziyanın prezidenti Susilo Bambanqla Suriya və Misirdə baş verənləri müzakirə edərkən deyib.

ANS PRESS Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan beynəlxalq ictimaiyyətin Bəşər Əsəd hakimiyyətinə qarşı dərhal hərəkətə keçməsinin vacib olduğunu da sözlərinə əlavə edib. İki liderin apardığı danışıqlarda Misirdə baş verənlərdə müzakirə edilib. Danışıqlarda Misirdə bütün tərəflərin bir araya gəlib problemin demokratik həllini vacib sayıb.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Suriya və Misirdə baş verən qətliam barədə ABŞ, Almaniya, Fransa, Rusiya, İngiltərə və Hollandiya liderləri ilə danışıq aparıb.


Qaynar.info