Siyasət 20:45 17.10.2019

Ərdoğan “görüşməyəcəm” dediyi amerikalı vitse-prezidenti qəbul etdi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-ın vitse-prezidenti Maykl Pensiki qəbul edib.

Qaynarinfo Türkiyə KİV-nə istinadən xəbər verir ki, siyasətçilərin görüşü Ankarada baş tutub.

Xəbəri Ərdoğanın dəftərxanası da təsdiqləyib.

Qeyd edək ki, Ərdoğan bundan əvvəl verdiyi açıqlamada Maykl Pens və Dövlət katibi Mayk Pompeonu qəbyl etməyəcəyini elan etmişdi.