İdman 11:27 04.09.2013

Ərdoğan hansı klubun azarkeşidir?

"Fənərbaxça"ya olan sevgimin təməlində nə yatır deyə bilmərəm. Çünki baş nazir olaraq bu sualı cavablandırmağım mümkün deyil".

Fanat.az xəbər verir ki, bu sözləri Tünkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

Ailəsində futbol azarkeşi olmadığını deyən baş nazir özünü "futbol xəstəsi" adlanıdırıb. Ərdoğan futbola sevgisinin "İmam hatibə"də (dini məktəb) oxuduğbu dövrdə yarandığını bildirib: "Məktəbin həyətində futbol oynayırdıq. Məhəlləmizdə də komanda var idi. Orda futbol oynamağa başladım. Məhəllə klubumuzun rəhbəri "Fənərbaxça"lı Lefter Küçükandonyadis idi. Mən onun fanatı idim. Biz oyuna aparırdı. Yəqin ki, Lefterin oyunu bizi "Fənərbaxça"lı etdi".
 
16 yaşında həvəskarlar liqasında oynadığını və həmin vaxtı İstanbul yığmasına seçildiyini bildirən baş nazir həyat yoldaşı Əminə Ərdoğanın "Beşiktaş" azarkeşi olduğunu deyib: "Ailəmdə həyat yoldaşımdan başqa hamı "Fənərbaxça"lıdı. Əminə xanım isə "Beşiktaş" azarkeşidir. Son olaylar ("Fənərbaxça" və "Beşiktaş"ın Avropadan kənarlaşdırmasını nəzərdə tutur - red) ailə üzvlərimi futboldan soyudub".

Qaynar.info