Dünya 17:54 27.05.2013

Ərdoğan heç belə lağa qoyulmamışdı - VİDEO

Türkiyə hökuməti tərəfindən alkoqollu içkilərin satışının qadağan olunması ilə bağlı qəbul olunan qanun etirazlara səbəb olub. 

Qaynar.info-nun məlumatına görə, Türkiyə Atatürkçü Düşüncə Dərnəyinin yaranmasının 24-cü il dönümündə Manisa şəhərində keçirilən ziyafətdə gənclər Ərdoğan hökumətinin bu qərarını lağa qoyublar. 

Ziyafətdə iştirak edən gənclər qədəhləri havaya qaldırıb, "Sənin sağlığına Tayyib", "Tayyib kefimin ağasısan?" kimi tənqidi şüarlar səsləndiriblər. 

Qaynar.info