Siyasət 15:15 09.12.2017

Ərdoğan İlham Əliyevdən sonra kimlərə zəng etdi?

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İlham Əliyevə zəng edib. Dövlət başçıları ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması məsələsini müzakirə edib.

Prezidentlər ABŞ prezidenti Donald Trampın Qüdsün İsrailin paytaxtı kimi tanınması və səfirliyin bu şəhərə köçürülməsi ilə bağlı qərarının çox yanlış olduğunu vurğulayaraq bildiriblər ki, bu addımlar beynəlxalq hüquqa ziddir və Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Ərdoğan İlham Əliyevi İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvət edib.

Qaynarinfo xəbər verir ki, Ərdoğan İlham Əliyevlə yanaşı, Qazaxıstan prezidenti Nursultan Nazarbeyevə və Livan prezidenti Mişel Avna zəng edib. Dövlət başçıları ilə telefon danışığı zamanı Türkiyə prezidenti ABŞ rəhbərliyinin Qüdslə bağlı qərarının Yaxın Şərqdəki sülh prosesinə mənfi təsir edəcəyini bildirib və müsəlmanlar üçün müqəddəs olan şəhərin statusunun qorunmasının vacibliyini vurğulayıb.

Ərdoğan sülh və sabitliyin tək yolunun 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövlətinin mövcudluğu olduğunu bildirib. 
 
Aydın