İdman 13:35 19.06.2018

Ərdoğan Messi və Ronaldonu müqayisə etdi: "O, çox fərqlidir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya çempionatında iştirak edən argentinalı Lionel Messi və portuqaliyalı Kriştiano Ronaldo barədə danışıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı iki ulduz futbolçunu müqayisə edərkən üstünlüyü Ronaldoya verib: "Portuqaliyalı heç-heçə etsə də, mən həqiqətən Ronaldoya heyranam. "Messimi, Ronaldomu" desək, həqiqətən də Ronaldonu fərqli görürəm. Həl o matçda het-trik eməsi çox önəmli idi. Bu hər igidin işi deyil. O matçdakı performansı, xarakteri, inancı, həmçinin Fələstin məsələsindəki xarakteri, bunlar çox önəmlidi. Buna görə onu alqışlayıram".

Ərdoğan dünya çempionatı barədə də danışıb: "Almaniyanın favorit olduğunu demişdim, amma yanıldım. İlk matçda yenildilər, işləri bir az çətinə düşdü. İndi bütün güclü olanlar yenilir. Almaniya uduzdu, Braziliyanın vəziyyəti ortadadı. Meksika yaxşı başladı. Bundan sonra da belə davam edər, bunu bilmirəm".