Dünya 16:53 23.04.2013

Ərdoğan Qəzza səfərini təxirə salmayacaq

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Qəzza səfərinin tarixində hər hansı dəyişiklik olmayacağını bildirib.

Qaynar.info-nun məlumatına görə, Ərdoğan səfərin təxirə salınmayacağını deyib.

Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri Ərdoğanın səfərinin vaxtının dəyişdirilməsinin daha doğru olacağını söyləyib. Baş nazirin müavini Bülənt Arınç isə Kerrinin sözlərinin yanlış olduğunu qeyd edərək nə vaxt hansı ölkəyə səfər edəcəyinə Ərdoğanın özünün qərar verdiyini deyib.

Qaynar.info