Dünya 14:42 16.09.2019

Ərdoğan Ruhani ilə görüşür

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti Həsən Ruhani ilə görüşür.

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, iki lider paytaxt Ankaradakı Çankaya sarayında bir araya gəlib. 
 
İkili görüşlərdən sonra Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Çankayada Suriya zirvəsi gerçəkləşdiriləcək. Üç ölkə rəhbəri Suriyadakı mövcud vəziyyəti və həll yollarını masaya yatıracaq.

Gülşən