Dünya 14:59 24.06.2013

Ərdoğan: “Sizin qadanızı alaram” - VİDEO

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Kayseri şəhərində “Milli iradəyə hörmət” silsiləsindən növbəti mitinqini keçirib. 

Şəhərdəki “Cümhuriyyət” meydanında keçirilən mitinqdə çıxış edən Ərdoğan demokratiyaya dəstək verdikləri üçün yerli sakinlərə təşəkkürünü bildirib. Son günlər Türkiyədə baş verən hadisələri şərh edən baş nazir bütün ölkəni vandalizmə, qarətçilərə qarşı bir olmağa səsləyib.

Ərdoğan daha sonra mitinq iştirakçılarının, “Dik dayan əyilmə, bu millət səninlə” şüarını səsləndirməsi qarşısında, “Sizin qadanızı alaram, qadanızı...” deyə cavab verib. Baş nazir daha sonra bu şüarı 3.5 yaşlı nəvəsinin də səsləndirdiyini deyib.

Qaynar.info