Dünya 09:27 25.06.2013

Ərdoğan və Obama nədən danışdılar?



Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. Bu barədə "Anadolu" agentliyi məlumat verir.

Tərəflər Əsəd rejiminin öz xalqına qarşı kimyəvi silahın istifadə edilməsi məsələsini müzakirə ediblər.

Siyasi qərar qəbul etmək üçün Türkiyə və ABŞ birlikdə fəaliyyət göstərməli, Suriya koalisiyasını və Ali Hərbi Şuranı dəstəkləməyə davam etməlidirlər.

Tərəflər həmçinin Gezi parkı ilə bağlı hadisələri müzakirə ediblər.

İki lider, söhbət zamanı mətbuat və ifadə azadlığının, həmçinin nümayiş azadlığının da hər iki ölkənin ortaq dəyərləri arasında olduğunu vurğulayıblar. // Trend