Dünya 15:45 11.11.2018

Ərdoğan və Tramp nəyi müzakirə edirdilər? - Detallar açıqlandı

Dünən Fransanın paytaxtı Parisdə təşkil olunan mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında baş tutan görüşün detalları açıqlanıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
 
Məlumatda bildirilir ki, prezidentlər görüş zamanı İstanbuldakı Səudiyyə Konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı cinayətinə necə reaksiya veriləcəyini müzakirə ediblər.