Foto 12:40 13.09.2018

Ərdoğana öküz hədiyyə edəcəklər (FOTOLAR)

Türkiyənin Kayseri şəhərində üzərində ay-ulduz ləkəsi olan 2 yaşlı "Cəsur" adlı öküz oktyabrın 29-da qurban kəsilməsi üçün prezident Rəcəb Tayyib Ərdoğana hədiyyə ediləcək.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, heyvan yeni hava limanının açılışında kəsilə bilər. 600 kilo ağırlığında olan Simental cinsli öküzün Qurban bayramı ərəfəsində satılmasına və kəsilməsinə razı olmayan sahibi Xudaverdi Özet heyvanı xüsusi şəkildə bəslədiklərini söyləyib.

"İnşallah 29 oktyabrda prezidentimiz cənab Ərdoğana hədiyyə etmək istəyirəm. İstəsələr "Cəsur"u İstanbulda yeni tikilən 3-cü hava limanının açılışında qurban kəsə bilərlər. İstəsələr də fermalarına aparıb ölənə qədər saxlaya bilərlər. Bizim ürəyimiz gəlmədi kəsməyə. Üzərindəki ay-ulduz boya deyil. Türkiyə Cümhuriyyətinin zəfərlərlə qazanılmış bayrağının rəmzidir. Allah bayrağımızdakı simvolu öküzün üzərinə anadangəlmə qoyub. Vətən bölünməz, azan susdurula bilməz. Hər zaman biz də dövlətimizin yanındayıq. İnşallah rəhbərimizə şəxsən aparım təslim edəcəyik", - deyə o, bildirib.