Dünya 10:38 10.09.2019

Ərdoğana sui-qəsd cəhdi: Silahı verən yaxalandı

FETÖ-nün 15 iyul çevriliş cəhdi zamanı Prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd məqsədiylə Mərmərəyə gedən xüsusi dəstəyə silah-sursat vermiş baş çavuş A.Ö. yaxalanıb.

Qaynarinfo xəbər verir ki, əməliyyat Əskişəhərdə gerçəkləşdirilib. 

Bir müddətdir haqqında həbs qərarı çıxarılaraq axtarışda olan A.Ö.-nun Əskişəhərdə saxlanıldığı, Baş Prokurorluğun təlimatıyla İzmirdə həbs edildiyi bildirilir. 

Alpər