Dünya 12:12 05.01.2013

Ərdoğandan Azərbaycan etirafı!

"Türkiyə iqtidarı azərbaycanlılara qarşı düzgün hərəkət etməyib"

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəsinin xariji siyasətdə əsas prioritetlərini açıqlayıb.

Ankarada keçirilən 5-ci səfirlər konfransında çıxış edən hökumət başçısı bildirib ki, bundan sonra Türkiyə ətrafında baş verənlərə səssiz qalmayacaq. Çıxışını əsasən Suriyada baş verənlər hadisələr ətrafında cəmləşdirən Ərdoğan Ankaranın keçmişdə xarici siyasətdə çoxsaylı yanlışlıqlara yol verdiyini bildirib.

O, deyib ki, əgər vaxtında Türkiyə Fələstində baş verənlərə, Suriyada yaşananlara müdaxilə etsəydi, indi vəziyyət tamam başqa cür ola bilərdi. Hökumət başçısı Türkiyənin 1945-ci ildə Azərbaycan xalqına qarşı səhv siyasətini tənqid etməkdən də çəkinməyib. Ərdoğan o zamankı iqtidarın azərbaycanlılara qarşı düzgün hərəkət etmədiyini bildirib.

atvxeber.az