Dünya 23:14 18.12.2013

Ərdoğandan “Böyük rüşvət” əməliyyatı ilə bağlı sərt - Açıqlama

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində həbs edilən bir qrup məmur və nazirlərin övladları ilə bağlı açıqlama verib. 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan açıqlamasında aparılan əməliyyatı “kirli” adlandırıb və 14 ay müddətində aparılan dinləmə , izləmə əməliyyatının hökumətdən gizli saxlanılmasının rüşvətxorluq deyil, daha çox siyasi mahiyyət daşıdığını bildirib:

“Biz 2023-cü ilin Türkiyəsinin dünyada ilk 10-luqda yer almasının mübarizəsini apararkən bəziləri Türkiyənin belə sürətlə gedişinin qarşısını almaq üçün çalışır. Bunun kənarda planlaşdırıcısı olduğu kimi ölkəmizdə də uzantıları var. Bunların kimlər olduğunu siz də bilirsiniz. Gezi olaylarında istədiklərini əldə edə bilmədilər. İndi yeni addım atdılar.Bunlar bir növ şəbəkədirlər. Dövlətin içində dövlət olmağa təşəbbüs edirlər. Bu təşkilatlanmanı ortaya çıxaracağıq. Atamızın oğlu olsa da dinləməyəcəyik”. 

Qaynar.info