Dünya 13:42 07.11.2019

Ərdoğandan UEFA və Bağdadinin arvadı ilə bağlı açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan səfərindən əvvəl UEFA-nın əsgər salamı verən türk futbolçularla bağlı qərarına, həmçinin İŞİD lideri Əbubəkr əl-Bağdadinin həyat yoldaşının tutulmasına münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, R.T.Ərdoğan açıqlamasında UEFA-nı haqsız və siyasi mövqe nümayiş etdirməkdə günahlandırıb:

"Vəzifəsi idman yarışları təşkil edən qurumun siyasi proseslərə daxil olması mənasızdır. "Barış Pınarı" hərəkatına dəstək məqsədilə əsgər salamı verən idmançılarımızla bağlı nizam-intizam araşdırması aparılır. Bu qanunsuzdur. UEFA-nın haqsız və siyasi mövqeyini rədd edirik. Dünyanın heç bir yerində əsgər salamı ilə bağlı qərar qəbul edilməyib. Bunu Türkiyə idmançıları edəndə, məsələ dəyişir".

Türkiyə prezidenti ötən günlərdə Bağdadinin yaxınlarının həbsindən də söz açıb. O, "Bağdadinin yaxınları ölkəmizi hədəf alıb və Türkiyəyə gəlmək istəyirlər. Suriyanın Azaz şəhərində bacısı, həyat yoldaşı və uşağının saxlanılmasını misal çəkə bilərik. Həbs etdiyimiz şəxsləri ekstradisiya mərkəzinə alırıq və daha sonra Ədliyyə Nazirliyi qərar verir. Terrorçu liderin həyat yoldaşlarından birini 1-1,5 il saxlamışıq. Bağdadinin övladlarının DNT-sinə sahib olmaq istintaq prosesinin gedişatında əhəmiyyət daşıyır. Məsələ ilə bağlı daha geniş danışmaq istəmirəm. Hər şey dəqiqləşəndən sonra məlumat veriləcək", - deyə bildirib.

Gülşən