Siyasət 18:33 31.10.2017

Ərdoğanın Azərbaycana səfəri başa çatdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb.

"Qaynarinfo" xəbər verir ki, iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

Qaynarinfo.Az