Dünya 18:02 16.08.2013

Ərdoğanın oğlu aksiyalara qoşuldu - VİDEO

İstanbulun Fatih məscidində bir qrup aksiyaçı Misirdə baş verənlərə etiraz olaraq aksiya keçiriblər. 

Qaynar.info türk mətbuatına istinadən xəbər verir ki, aksiya iştirakçıları məsciddə Misirdə öldürülən insanla üçün qiyabi cənazə namazı qılıblar. 

Aksiya iştirakçıları əllərində "Nə çevriliş, nə demokratiya, biz ümmətin və xilafətin tərəfdarıyıq" plakatları tutaraq Misir ordusuna etiraz ediblər. 

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan da aksiya iştirakçıları arasında olub. 

Qaynar.info