Dünya 09:12 11.11.2013

Ərdoğanın qızına elçi gəlib

Baş nazirin qızına elçi düşən AKP Ankara şəhər şöbəsinin sədri hüquqşünas Murat Alparslandır

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın qızı Süməyyə Ərdoğana elçi gəlib.

Yerli “Sözçü” qəzetinin AKP-yə yaxın mənbələrdən əldə etdiyi xəbərə görə, baş nazirin qızına elçi düşən AKP Ankara şəhər şöbəsinin sədri hüquqşünas Murat Alparslandır.

Məlumata görə, 2009-cu ildə 35 yaşında ikən bu vəzifəyə təyin olunan Alparslan baş nazirin sevdiyi AKP funksionerlərindən biridir. Nişan mərasiminin bələdiyyə seçkisindən sonra baş tutacağı bildirilir. //ANS Press