Dünya 14:45 13.08.2018

Ərdoğanın ticarətdə milli valyuta çağırışına Kremldən cavab

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ticarətdə milli valyutadan istifadə olunması ilə bağlı çağırışına Kremldən cavab gəlib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov beynəlxalq ticarətdə milli valyutadan istifadə olunması istiqamətində uzun zamandır çalışmalar apardıqlarını bildirib: "Rusiya Türkiyə ilə də ticarətdə milli valyutadan istifadənin tərəfdarıdır. Bu məsələ üzərində incəliklə çalışmaq lazımdır".

Dünən Rusiya baş nazirinin birinci müavini və maliyyə naziri Anton Siluanov da ABŞ dollarının beynəlxalq ticarətdə təhlükəli alət halına çevrildiyini deyib: "ABŞ-ın pul vahidlərinə sərmayə qoyuluşunu önəmli dərəcədə azaltmışıq və bundan sonra da azaltmağa davam edəcəyik. Dollar əvəzinə avro və Çin yuanı kimi valyutalardan istifadəni artıracağıq".

Qeyd edək ki, Ərdoğan açıqlamasında Türkiyənin Çin, Rusiya, İran, Ukrayna kimi ölkələrlə ticarət əlaqələrində milli valyutadan istifadə edilməsinin planlaşdırıldığını bildimişdi.