Ərdoğanla Putin bu məsələlərdə razılaşdı (VİDEO)

Ərdoğanla Putin bu məsələlərdə razılaşdı (VİDEO)

"150 saat ərzində kürd terror qruplaşmaları 30 kilometrlik zonanın xaricinə çəkiləcəklər. Bu vaxtın hesablanması 23 oktyabr saat 12:00-dan başlayacaq. 150 saat vaxt bitəndən sonra "Barış pınarı” əməliyyatının keçirildiyi yerdən qərbdə və şimalda Türkiyə-Rusiya birgə patrul xidmətinə başlanılacaq”.

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi danışıqların yekununa dair birgə mətbuat konfransında bildirib.

Ərdoğanın sözlərinə görə, Suriya ərazisində Türkiyə-Rusiya birgə patrul xidməti Türkiyə sərhədindən 10 kilometr dərinlikdə aparılacaq.

Açıqlamaların ardından Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu 10 maddəlik razılaşmanın mətnini oxunub. Razılaşmaya əsasən, Ras əl-Eyn və Tel-Abyadı da əhatə edən "Sülh çeşməsi" hərəkatının ərazisi mühafizə ediləcək.

Qeyd edək ki, liderlərin görüşü 6 saat davam edib.
XƏBƏRLƏR
BLOGLAR