Ölkə 21:17 13.06.2018

Ərəb investor Bakıda lüks hotel aldı

Küveytli investor Bakıda lüks hotellərdən birini əldə edib.

Bu barədə Trend-ə məlumatlı mənbə bildirib. O deyib ki, investor "Monolit Plaza” hotelini alıb.

Qeyd olunur ki, hotel yaxın zamanlarda adını dəyişə bilər.

Mənbənin məlumatına görə, həmin investor Qəbələdə yeni hotel və ticarət mərkəzi inşa etməyi planlaşdırır, eləcə də Bakıda torpaq sahəsi icarəyə götürüb.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov bildirmişdi ki, ərəb investorların Azərbaycanda daşınmaz əmlaka marağı artıb.

Azərbaycan qanunvericiyiliyinə əsasən xarici vətəndaşlar ölkədə torpaq sahələrini yalnız icarəyə götürə bilər.