Dünya 17:10 17.07.2018

Ərəb qadınları pilot olur

Səudiyyə Ərəbistanında qadınlara Aviasiya Akademiyasına yazılmağa icazə verilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Dammam şəhərində yüzlərlə qadın Oksford Aviasiya Akademiyasına yazılıb və sentyabrda start götürəcək dərslərdə iştirak edəcək. Layihə üçün 300 milyon dollar məbləğ ayrılıb və qadınlar pilot olmaq üçün 3 il təhsil alacaqlar.

Qeyd edək ki, "Mülayim İslam" qaydalarını tətbiq edən ölkə son aylarda qadınlara bir çox hüquqlar verib. 

Gülşən