İdman 19:54 13.03.2013

Ərəb şeyxindən UEFA-ya fantastik təklif

Qətərin əmir ailəsi UEFA-nın təşkil etdiyi yarışları kölgə altına salacaq nəhəng təkliflə çıxış edib. 

Lent.az-ın məlumatına görə, “Dream Football League” (DFL) adlanan liqanın fəaliyyətə başlaması nəzərdə tutulub.

Yaxın aylarda açıqlanacaq plana əsasən, DFL 24 nəhəng klubu özündə birləşdirəcək. Onların arasında “Barselona” və “Mançester Yunayted” də var. Turnirə qatılacaq hər bir kluba təkcə iştirak haqqı kimi 210 milyon avro ödəniləcək. Halbuki ötən mövsüm Çempionlar Liqasının qalibi “Çelsi” cəmi 56 milyon avro qazanıb.

24 komandadan 4-ü - “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal” və “Çelsi” İngiltərəni təmsil edəcək. Bu komandalar, “Barselona” və Qətər İdman Sərmayələrinin himayədarlıq etdiyi PSJ də daxil olmaqla, 16 klub DFL-in daimi üzvü olacaq. Qalan 8-i isə uğurlu nəticələrə malik komandalar arasından seçiləcək.  

2015-ci ildə start götürməsi planlaşdırılan turnir hər iki mövsümdən bir yaz aylarında təşkil olunacaq.

Qaynar.info