Dünya 12:49 16.12.2017

Ərəblər qadınlara daha bir hüquq verir

Səudiyyə Ərəbistanı 2018-ci il iyun ayından etibarən qadınlara motosiklet və yük maşınından istifadəyə icazə verəcək.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, qəbul edilən qərarda qadınların tezliklə Yol Təhlükəsizliyi Nəzarət Postlarında və hərbi vəzifələrdə yer alacağı da qeyd edilib. Qərarın qüvvəyə minməsi üçün üçün əvvəlcə qadınlar üçün lazımi tədris prosesi təşkil ediləcək.

Qeyd edək ki, Səudiyyə vəliəhdi Məhəmməd İbin Salman ölkədə "Mülayim İslam" qaydalarını tətbiq edir. Qısa müddət bundan əvvəl qadınlara maşın sürmək icazəsi verilib. Ötən günlərdə isə ölkədə uzun müddət sonra kinoteatr fəaliyyətə başlayıb.

Gülşən