Foto 18:01 14.02.2018

Əri istədi, qadın 5 milyon xərcləyib pişiyə oxşadı (FOTOLAR)

ABŞ-da yaşayan isveçrəli Coselin Vildensteyn həyat yoldaşının istəyi ilə estetik əməliyyatlara 5 milyon funt-sterlinq pul xərcləyib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, o, 2008-ci ildə dünyasını dəyişən sənətçi və pişiksevər həyat yoldaşı Alek Vildensteyni razı salmaq üçün göz qapağı, qaş qaldırma, üz dartınması, dodaq dolğusu, çənə böyütmə, yanaq implantı kimi əməliyyatlar keçirib və pişiyə bənzəyib. 

Həyat yoldaşı ilə boşanandan sonra 80 milyon funt təzminat alan 71 yaşlı Coselin hazırda 10 milyonluq evdə yaşayır və estetik əməliyyat asılılığının olmadığını iddia edərək bu prosesə davam edəcəyini bildirir. O, hətta özünü fransız aktrisa və seks simvol olmuş Bricit Bardota bənzədildiyini iddia edir.

Gülşən