İdman 21:44 20.06.2013

Erik Ramos "Neftçi"yə qayıdır

Futbolçu Azərbaycan Premyer Liqasında qalmaqda maraqlıdır.

"Neftçi”nin yarımmüdafiəçiləri Erik Ramosla Julius Vobay komandaya qayıda bilər. "Azerisport"un verdiyi xəbərə görə, hazırda onlarla aparılan danışıqlar davam edir.

Paraqvayın “Rubio” klubu Ramosa görə tələb etdiyi məbləği azaltmağa razılaşıb. Sözügedən klub öncədən futbolçusuna görə 350 000 dollar tələb edirdisə, indi “Neftçi”nin təklif etdiyi məbləğə də razıdı. Erik özü də Azərbaycan Premyer Liqasında qalmaqda maraqlı olduğunu bildirib.

Vobaya gəlincə, ona hazırda başqa ciddi təklif yoxdu. Bu üzdən onun da “Neftçi”də qalmaq ehtimalı yüksəkdi.

Hər iki futbolçunun tezliklə komandanın Avstriya toplanışına qatılması gözlənilir.

Qaynar.info