Maqazin 23:59 23.02.2016

Ərinin ölümündən sonra ilk dəfə səhnəyə çıxacaq

Kanadalı müğənni Selin Dion prodüser əri Rene Ancelilin ölümündən sonra ilk dəfə Las-Veqasda səhnəyə çıxacaq. 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 47 yaşlı ifaçı şounun əvvəlində ərinin xatirəsini yad edəcək. Bu barədə Selinin rəsmi səhifəsində məlumat yayılıb. 

Xatırladaq ki, xərçəng xəstəliyindən əziyyət çəkən Rene Ancelil yanvarın 14-də dünyasını dəyişib. Rene ilə Selin 21 il əvvəl ailə qurublar. Cütlüyün 3 uşağı var.

Qaynar.info