İdman 10:15 06.03.2013

Erkən final "Real"ın oldu

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. 

İlk matç günündə iki qarşılaşma baş tutub. 

Gecənin ən maralı görüşü Mançesterdə reallaşıb. Burada dünyanın ən güclü komandalarından olan “Mançester Yunayted”lə “Real” münasibətlərinə aydınlıq gətirib. 

İlk oyun gündə Madriddə 1:1 hesablı bərabərə qalan ingilislər “Old Trafford”da meydana qələbə əzmi ilə çıxmışdır. Lakin baş məşqçi Joze Mourinyonun komandası “qırmızı şeytanlar” üzərində inamlı qələbə qazanaraq 1/4 finala adını yazdırıb.

“Real”dan fərqli olaraq Dortmund “Borussiya”sı növbəti mərhələyə darmadağınlı hesabla keçib. İlk maç günündə “Şaxtyor”la Donetskidə 2:2 hesablı heç-heçə ilə ayrılan almanlar bu dəfə rəqibi üzərində çətinlik çəkməyib - 3:0.

Qaynar.info