Banqladeşdə azyaşlı qızların nikaha daxil olmasının qarşısını almaq üçün tətbiqetmə hazırlanıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu ölkədə qızlar üçün nikah yaşı 18, oğlanlar üçün 21 müəyyənləşdirilib, lakin valideynlər saxta sənədlərlə xüsusilə yetkin olmayan qızlarını evləndirməyə çalışırlar. Tətbiqetmə nikah üçün müraciət edənlər barədə həqiqi məlumatları üzə çıxardır. Tərəflərdən birinin yaşı evlilik üçün kifayət deyilsə, tətbiqetmə qırmızı siqnal verir. 

Qayda ilə son 6 ayda 3750 qeyri-qanuni nikahın qarşısı alınıb. Layihə Banqladeş höküməti və "Plan International" uşaq təşkilatı tərəfindən həyata keçirilir.

Sara Hüseyn adlı hüquqşünas isə tətbiqetmənin problemi aradan qaldırmadığını, bunun nikahsız ailə həyatı quranların sayını artıracağını deyib. Onun sözlərinə görə, görülməli tədbirlər qız uşaqlarına söz haqqı tanımaq və qanundakı boşluqları doldurmaqdır.

Gülşən