Ölkə 17:36 10.12.2019

Erkin Qədirli də növbədənkənar seçkilərə qatılacaq

ReAl Partiyasının xarici əlaqələr üzrə katibi, siyasi şərhçi 9 fevral 2020-ci ildə keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə namizəd kimi iştirak edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə o, özü facebook-da status yazıb.

"Qarşıdan gələn parlament seçkilərinə qatılmalı olacağam. Bundan öncəki imtinama görə ReAl-da çox tənqid olundum", - deyə, E.Qədirli əlavə edib.

Qeyd edək ki, E.Qədirli bundan əvvəl Milli Məclisə keçirilən seçkilərə qatılmayacağını açıqlamışdı.