Ölkə 18:30 17.10.2013

Erməni əsirliyindən olan azərbaycanlı azad edilib

Avqustun 17-də erməni sərhədçiləri tərəfindən saxlanılan Gürcüstan vətəndaşı Allahverdi Pələngov bu gün azad edilib.

Bu barədə APA-nın Gürcüstan bürosuna Allahverdi Pələngovun əmisi oğlu  Ayaz Pələngov məlumat verib. Onun sözlərinə görə, Allahverdi Pələngov gözlənilmədən, heç bir xəbərdarlıq olunmadan həbsdən azad edilib.
 
Allahverdi Pələngovun hazırda Ermənistanla Gürcüstan arasında sərhəd keçid məntəqəsində olduğu, ölkəsinə keçmək üçün müvafiq prosedurlardan keçirildiyi bildirilir.
 
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılan və A. Pələngov sərhədi qanunsuz keçməkdə ittiham edilib.

Qaynar.info