Ölkə 10:06 22.07.2013

Erməni jurnalist Bakıda

Loran Vayloyan Fatih Terim tərəfindən mətbuat konfransından qovulmasından sonra Türkiyədə məşhurlaşıb


Qaynar.info-nun azerisport.az-a istinadən verdiyi xəbərə görə, Lənkəranda “Xəzər Lənkəran”la Türkiyənin “Fənərbaxça” klubu arasında keçirilən yoldaşlıq görüşünü işıqlandırmaq üçün qardaş ölkədən 40-a yaxın media təmsilçisi ölkəmizə təşrif buyurub. Onların arasında LİG TV-nin erməni əsilli türk jurnalisti Loran Vayloyan da var.


Qeyd edək ki, bu şəxs "Galatasaray"ın baş məşqçisi Fatih Terim tərəfindən mətbuat konfransından qovulmasından sonra Türkiyədə məşhurlaşıb.


Qaynar.info